Ça. Okt 15th, 2019

Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işləri uğurla həyata keçirilir

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı layihəsinin icra planına uyğun olaraq 05 iyun 2019-cu il saat 11.00-dan 15.00-dək Ucar rayonunun Gənclər Mərkəzində maarifləndirmə tədbiri keçirdi. 

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, bələdiyyə nümayəndələri, mədəniyyət işçiləri, təhsil işçiləri, inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar, ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlərlə yanaşı icma üzvləri də iştirak edirdi.

Tədbirdə layihə rəhbəri Gülayə Səfərova iştirakçılara cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanların bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verdi, daha sonra təşkilatın hüquqşünası Afaq İsmayılova iştirakçılara İnsan alveri və onunla mübarizə yolları, insan alveri ilə məşğul olan şəxslərin insaları necə təhrik etmələri və bu halla rastlaşdıqda hansı qurumlara müraciət etmələri barədə məlumat verdi, Ucar rayon İcra Hakimiyyətinin məsul işçisi Şükür Məmmədov, GƏNCLƏR Idman İdarəsindən Nuru Priyev, 6 saylı orta məktəbin müəlliməsi Məhəbbət Rəhimova da mövzu ilə bağlı danışaraq, bu sahədə aparılan mübarizədə hər kəsin iştirakının vacibliyindən danışdılar. Daha sonra bu sahədə hazırlanmış film nümayiş etdirildi. Tədbirin sonunda iştirakçılardan hazırlanmış könüllülər Ucar rayonunda potensial qurbanların ən çox cəmləşdiyi kafe, hotel və gözəllik salonlarında DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanmış İnsan alveri ilə bağlı maarifləndirici nəşrlər və bukletlər payladılar.

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir