Ça. Okt 15th, 2019

QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsini davam etdirir

“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidneti yanında QHT-lərə Dövlət Dəsətyi Şurasının maliyyə dəsətəyi ilə həyata keçirdiyi “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsinin icrasını davam etdirir.
Təşkilat Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda məskunlaşan kimsəsiz qadınlar arasında mətbəx bacaqırlarının nümayiş olunması ilə bağlı yarış təşkil edib.
Yarışdan öncə təşkil olunan tədbirdə çıxış edən Pansionatın direktoru Qətibə Əsədova bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək bildirib ki, pansionat sakinlərinin istirahətinin səmərəli keçirlməsi onlarının əhval ruhiyyəsinə müsbət təsir göstərir.
Xüsusən bu tədbirlərin müxtəlif qurumlar tərəfindən təşkil olunması yeni ünsiyyətlərin və əlaqələrin meydana gəlməsinə səbəb olur.
Daha sonra çıxış edən “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova layihə haqqında məlumat verib. Təşkilat sədri bildirib ki, layihənin məqsədi ahılların asudə vaxtının səmərəli təşkilindən ibarətdir.
Respublika Qadınlar Cəmiyyətinin sədr müavini Vəfa Abbasova da çıxışında sosial yönümlü layihələrin icrasının vacibliyini qeyd edib.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir