Şb. İyl 20th, 2019

Şuranın dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin icra etdiyi layihənin növbəti seminarı keçirilib

Şuranın dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin icra etdiyi layihənin növbəti seminarı keçirilib.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi “Əlilliyi olan və digər həssas sosial qruplara aid olan şəxslərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri prinsiplərinə uyğun sahibkarlıq fəaliyyətinə təşviq edilməsi” adlı layihəsinin növbəti seminarı 12 iyul 2019-cu il tarixində Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəzində yerləşən Kiçik və Orta Biznesin (KOB) Dostu mərkəzində baş tutudu. Seminarı giriş sözü ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd-Vəliyev başlayaraq, təşkilatın məqsədindən, icra etdiyi layihələrdən və cari
Layihənin hədəflərindən ətraflı məlumat verikdən sonra sözü mövzu ilə əlaqədar dəvət olunmuş ekspertlərə verdi. Seminara dəvət olunmuş ekspertlər Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı ərazi vergilər departamentinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəhbəri Bayramov Bayram Alı oğlu və Baş Dövlət Vergi Müfəttişi Hüseynov Emin Məhyəddin oğlu çıxış etdilər.
Ekspertlərin əsas toxunduqları mövzu əlilliyi olan və digər həssas sosial qruplara aid olan şəxslərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasında vergi qanunvericiliyinin rolu və əhəmiyyəti, vergi formaları və onların ödəniş formaları, iş fəaliyyəti olan əlillər üçün tətbiq edilən vergi güzəştləri, vergi yoxlamaları və auditi kimi mövzuları əhatə edirdi. Onlar ölkəmizin vergi sistemi, sahibkarların vergi ödənişi zamanı həvəsləndirici imkanlardan, mövcud 53 elektron vergi xidmətindən seminar iştirakçılarına çatdırdılar. Seminarın ekspertləri, iştirakçıları maraqlandıran sualları cavablandırıldıqdan sonra yekunlaşdı.
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi 2014-cü ildən Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan bu günə kimi Sumqayıt şəhərində və ölkəmizin bir çox bölgələrində fəaliyyətə başlamışdır. İxtisaslaşmış təşkilat kimi əsas fəaliyyət istiqaməti sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, reabilitasiyası, məşğulluq qabiliyyətlərinin qarşılanması və əmək bazarında sərbəst fəaliyyəti üçün vacib olan maarifləndirilmə, hüquqi dəstək, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinə təşviq edilməsi aiddir. Təşkilat dövlətin əksər mərkəzi icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edir, həmçinin 2018-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şurada təmsil olunan 15 təşkilatdan biridir.
Sosial şəbəkələrdə paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir