Şb. İyl 20th, 2019

Tərtərdə regionların inkişafında sahibkarlığın rolu mövzusunda təlim keçirilib

 “İcma İnkişafı üzrə Araşdırmalar,Təlim və Resurs Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Regionlarda sahibkarlıq fəaliyyətinin inkişafı və məşğulluq səviyyəsinin artırılması sahəsində tədbirlərin təşkili”adlı layihəsinin icrasını Tərtər rayonunda uğurla davam etdirir.

03 iyul 2019-cu il tarixində layihə çərçivəsində Tərtər rayonu, Təzəkənd ərazisində Ağdam köçkün məktəbində “Regionların inkişafında sahibkarlığın rolu” və “Sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamaların dayandırılması” mövzusunda təlim keçirildi.

Təlimdə  Şirin Dadaşov  donor və icraçı təşkilat haqda ətraflı məlumat verdi . Sonra Ş.Dadaşov layihənin məqsəd və vəzifələrini açıqladı. Bildirdi ki,” layihənin əsas məqsədi regionda sahibkarlıq fəaliyyəti ilə yeni məşğul olmaq istəyən gəncləri (əksəriyyəti qadın olmaqla) , kiçik və orta sahibkarları maarifləndirməklə sahibkarlıq fəaliyyətinin genişlənməsinə və məşğulluq səviyyəsinin artırılmasına dəstək  olmaqdır” Layihənin eksperti  A.Həsənova mövzu ətrafında geniş məlumat verdi və  müzakirələr oldu. İştirakçıların regionların inkişafında sahibkarlığın rolu və dövlətin sahibkarlığın inkişafına göstərdiyi qayğı ilə bağlı geniş məlumat aldılar.

Mövzu ətrafında  müzakirələr oldu və suallar cavablandırıldı.Təlimin sonunda qiymətləndirmə aparıldı.İştirakçılar təlimdən razı qaldılarını bildirdilər. İştirakçılar  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və İcma İnkişafı üzrə Araşdırmalar,Təlim və Resurs Mərkəzi  İctimai Birliyinə təşəkkür etdi .Təlimdə 25 nəfər iştirak etdi .

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Tərtərdə regionların inkişafında sahibkarlığın rolu mövzusunda təlim keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir