Ça. Okt 15th, 2019

“Kənd yerlərində yaşayan qadınların məşğulluğunun artırılması məqsədilə sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihə başa çatdı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin həyata keçirdiyi “Kənd yerlərində yaşayan qadınların məşğulluğunun artırılması məqsədilə sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihə başa çatdı.

Layihə Tovuz rayonunun kəndlərində yaşayan gənc qızların əl bacarıqlarının üzə çıxarılacağından, onların məşğulluğunun artırılması məqsədilə sahibkarlıq fəaliyyətlərinə dəstəkdən və onlara bacarıqlarına uyğun yaradılacaq bərabər imkanlardan bəhs edir. Əvvəlcə 24-28 iyun 2019-cu il tarixlərində Tovuz rayonunda 100 qadın arasında biznes və sahibkarlığın nə olduğu ilə bağlı sorğu keçirildi və rəyləri alındı. Sorğu nəticəsində təlimlərin səmərəli olduğunu, qadınların öz bizneslərini qurmaq üçün nə qədər maraqlı olduğu nəzərə çarpıb . Layihə çərçivəsində qadınlara 03-06 iyul 2019-cu il tarixlərində Tovuz rayonunun Qovlar şəhərində “Maliyyə savadlılığı”, “ Biznes Plan”, “Biznes strategiya” sahəsində təlimlər keçirildi.
Qadınlar təlimlərdə çox fəal iştirak edirdilər. Təlimçi Sara Rəcəbli biznesin, əsasəndə sosial sahibkarlığın insanlar üçün əhmiyyətindən və cəmiyyətə faydasından məlumat verdi. Azərbaycanda bu sahəyə diqqətdən danışdı və qadınların bu işdə bir-birlərinə dəstək olmasını vurğuladı. Tovuz rayonunun Əlibəyli kəndindən iştirak edən Elnarə Cəfərova təlimlər ərzində yeni ideyası olan “Tibb məntəqəsinin işə salınmasından və istifadəsindən” danışdı. Bu işdə bizim təşkilat ona dəstək olacaq və lazım olan kiçik ilk tibbi yardım ləvazimatları ilə təmin edəcək.
Qeyd edək ki, artıq respublikada sahibkarlığın inkişafına yönəldilmiş dövlət tədbirləri nəticəsində münbit sahibkarlıq mühiti formalaşır və bu mühit qadın iştirakçılığının artırılmasına xüsusi diqqət ayırılır. Qadın sahibkarların “Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramı”nda nəzərə tutulmuş məqsədlərə müvafiq olaraq məşğulluğun artırılması və iqtisadi inkişaf prosesində iştirak dərəcəsi getdikcə artır. Ölkəmizdə qadın sahibkarlığının inkişafında ciddi irəliləyişə baxmayaraq, gender bərabərliyinin inkişafını ləngidən bir sıra çətinliklər mövcuddur. Regionlarda yaşayan qadın və qızların sahibkarlarlıq fəaliyyəti ilə məşğul olması üçün onlarla görüşlərin keçirilməsi və müzakirələrin aparılması vacibdir. Məhz bunun nəticəsində kənd yerlərində yaşayan qadınların iqtisadi və vətəndaş həyatındakı uğurlarına nail olmaq mümkündür.
Onların bacarıqlarını üzə çıxarmaq, sahibkarlıq fəaliyyətlərinə cəlb edərək dəstək vermək qazanılan uğurun başlanğıcı deməkdir. Layihənin əsas məqsədi – kənd yerlərində yaşayan qadın və qızların bacarıqlarının üzə çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasıdır. Layihədə 100 qadın iştirak edirdi.
 Onlardan sorğu və biznes planlar nəticəsində 6 qadın işlərini genişləndirmək üçün – 5 qadın şirniyyat sahəsində, 1 qadın isə gözəllik xidmətləri sahəsində kiçik ləvazimatlar əldə etdilər. Belə layihələr vasitəsilə qadınlar bir-birlərinə dəstək olurlar və bu böyük biznes şəbəkəsi yaradır. Layihə Tovuz rayonunda həyata keçirildi.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir