Ça. Avq 20th, 2019

Əlilliyi olan uşaq və gənclər üçün sosial reabiltasiya mərkəzinin təşkili layihəsi uğurla davam edir

“Sosial Dayaq” İctimai Birliyinin Siyəzən rayonunda həyata keçirdiyi “Əlilliyi olan uşaq və gənclər üçün sosial reabiltasiya mərkəzinin təşkili layihəsi uğurla
davam edir.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində müxtəlif əlilliyi olan uşaqların və gənclərin fiziki və mənəvi inkişafına dəstək göstərilir.

Uşaqların və gənclərin intelektinin və nitqinin inkişafı ilə yanaşı onlarım bacarıqlarının da müəyyən olunmasına diqqət yetirilir. Onlar plastilindən, leqolardan, muncuqlu labirintdən istifadə etməklə müxtəlif fiqurlar, maraqlı şəkillər hazırlayırlar. Təlimlərin səmərəli olması üçün elektron vəsaitlərdən də istifadə edilir. Valideyinlərə evdə uşaqları ilə məşğul olmaları üçün vaəsitlər verilir və istifadə qaydaları öyrədilir.

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  “Ailə Dünyası” bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat işlərinə start verib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir