Şuranın dəstəyi ilə Yardımlıda tədbir keçirildi

Azərbaycan Əlilləri Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi Yardımlı rayonu Mədəniyyət evində keçirildi.

Tədbirdə sağlamlıq imkanları məhdud vətəndaşların sosial rifahının dayanıqlığı istiqamətində dövlət proqramlarının əhatə dairəsinin genişləndirilməsi, bu qurupa daxil olan insanların sosial müdafiə və təşviq mexanizmlərinin yararlanma səviyyəsinin yüksəldilməsi, əlil vətəndaşlarının ölkə iqtisadiyyatının, o cümlədən əmək bazarının aktiv iştirakçılarına çevrilməsi istiqamətində maarifləndirici tədbirlərinin intensivliyinin artırılması, iqtisadi inkluzivliyin dəstəklənməsi və bu sahədə mövcud problemlərin həlli yolları mövzusunda müzakirələr aparılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir