Ça. Avq 20th, 2019

Əlillər Cəmiyyəti növbəti tədbiri Şamaxı rayonunda keçirib

Azərbaycan Əlilləri Cəmiyyəti İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsini davam etdirir.
Layihə çərçivəsində növbəti tədbir 09 avqust 2019-cu il tarixində saat 11:00-da Şamaxı rayonu Mərkəzi Kitabxanada keçirilib.
Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud vətəndaşların sosial rifahının dayanıqlığı istiqamətində həyata keçirilən dövlət proqramlarının əhatə dairəsinin genişləndirilməsi, bu qurupa daxil olan insanların ölkəmizdə tətbiq edilən sosial müdafiə və təşviq mexanizmlərinin yararlanma səviyyəsinin yüksəldilməsi, əlil vətəndaşlarının ölkə iqtisadiyyatının, o cümlədən əmək bazarının aktiv iştirakçılarına çevrilməsi istiqamətində maarifləndirici tədbirlərinin intensivliyinin artırılması və beləliklə iqtisadi inkluzivliyin dəstəklənməsi və bu sahədə mövcud problemlərin həlli yolları mövzusunda müzakirələr aparılmışdır.
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  “Sağlam düşüncə,Sağlam Cəmiyyətdir” mövzusunda təlimlərin icrasına başlanıldı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir