34 məcburi köçkün kompüter və dərzilik peşəsinə yiyələnib

Regional Gender Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məcburi köçkün qadınların məşğulluq səviyyəsinin artırılması, peşə kurslarının təşkili” adlı layihənin icrası uğurla başa  çatdı .
5 avqust 2019-cu il tarixində Ağdam  rayonunun  Quzanlı qəsəbəsində     layihə çərçivəsində görülən işlərin təqdimat mərasimi keçirildi. Layihənin rəhbəri Ş. Dadaşova çıxış edərək layihənin icrası ilə bağlı məlumat verdi. O,bildirdi ki” layihə üzrə bütün fəaliyyətlər yerinə yetirilib. Layihədə 34 məcburi köçkün qadın  iştirak edib. Onlar kompüter və dərzilik peşəsinə yiyələniblər”.
Ş.Dadaşova  region QHT-lərinə olan diqqət və qayğıya görə,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi. Təqdimat mərasimində region QHT-ləri və ictimaiyyət nümayəndələri iştirak etdi . İştirakçılar layihə haqda fikirlərini bildirdilər .Onlar donor və icraçı təşkilatların ünvanına xoş sözlər dedilər və təşəkkür etdilər. Sonda layihədə iştirak edən məcburi köçkün qadınlara kompüter və dərzilik peşəsi üzrə sertifikatlar təqdim olundu.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir