QHT “Sağlam və təhlükəsiz qidanın vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi” adlı layihənin icrasına başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi “Sağlam və təhlükəsiz qidanın  vacibliyi ilə bağlı  əhalinin maarifləndirilməsi”adlı layihənin icrasına başlamışdır.
Layihənin rəhbəri Elşən Dadaşov QHT.az-a bildirib ki, layihənin əsas məqsədi  sağlam və təhlükəsiz qidanın  vacibliyinin əhali arasında təbliğ olunmasından ibarətdir . Qabartdığımız problem birbaşa insanların sağlamlığı ilə bağlıdır.
 Layihənin hazırlıq mərhələsi başa çatmışdır. Artıq layihənin icra mərhələsindəyik. Məqsədimiz  insanları maarifləndirmək
Layihə 3 ay müddətində Ağdam və Bərdə rayonlarında həyata keçiriləcək.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir