Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında Bengü Türk telekanalında danışılacaq

“İctimaiyyətlə Əlaqələrin İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin region üçün təhlükəsi barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda layihənin icrasına baslayib.

Layihə çərçivəsində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə Türkiyə mediası üzərindən beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün televiziya proqramının hazırlanıb yayılması nəzərdə tutulur.
Türkiyənin Bengü Türk telekanalında Türkiyədən olan tanınmış ekspertlərin qatıldığı televiziya proqramının hazırlanıb yayılması çox aktualdır.
Azərbaycanın siyasi ekspert və diplomatlarının da iştirak edəcəyi teleproqramda Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə barədə televiziya proqramının hazırlanıb yayılması, yenidən diqqət mərkəzinə gətirilərək geniş müzakirə edilməsi mühüm əhəmiyyət daşıyır.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir