“Sağlam və təhlükəsiz qidanın vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi”adlı layihənin icrasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi “Sağlam və təhlükəsiz qidanın  vacibliyi ilə bağlı  əhalinin maarifləndirilməsi”adlı layihənin icrasına başlamışdır.

23 avqust tarixində Tərəqqi SİİB –nin Ağdam ofisində layihə ilə bağlı təbir  keçirildi. Tədbiri giriş sözü ilə   Tərəqqi SİİB –in  Sədri Telman Dadaşov açdı.O,layihəni maliyyələşdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri,millət vəkili Azay Quliyevə,İcraçı direktor Fərasət Qurbanova və Şuranın bütün əməkdaşlarına təşəkkürünü bildirdi. Sonra sözü layihənin rəhbəri E.Dadaşova verdi.

E. Dadaşov layihə ilə bağlı məlumatları iştirakçılara  çatdırdı .Bildirdi ki, “layihənin əsas məqsədi sağlam və təhlükəsiz qidanın  vacibliyi ilə bağlı  əhali arasında maarifləndirilmə işlərinin aparılmasından   ibarətdir”. Layihənin rəhbəri Elşən Dadaşov mətbuat xidmətinə məlumat verərək bildirdi ki, “layihənin əsas məqsədi  sağlam və təhlükəsiz qidanın  vacibliyinin əhali arasında təbliğ olunmasından ibarətdir .

Qabartdığımız problem birbaşa insanların sağlamlığı ilə bağlıdır.  Layihənin hazırlıq mərhələsi başa çatmışdır .Artıq layihənin icra mərhələsindəyik. Məqsədimiz  insanları maarifləndirmək   Layihə 3 ay müddətində Ağdam və Bərdə rayonlarında həyata keçiriləcək.

 

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir