Ça. Okt 15th, 2019

“Sağlam və təhlükəsiz qidanın vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi”adlı layihənin 6-ci tədbirini keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi “Sağlam və təhlükəsiz qidanın  vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi”adlı layihənin 6-ci tədbirini keçirdi.

30.08.2019-cu il tarixində Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin “Sağlam və təhlükəsiz qidanın  vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi” layihəsinin 6-ci tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə layihənin rəhbəri Elşən Dadaşov açdı. O,layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin  məqsədini açıqladı. Sonra sözü layihənin eksperti Səadət Feyziyevaya verdi. S.Feyziyeva səmərəli və keyfiyyətli təşkil olunmuş, təbii məhsullarla qidalanmanın insan sağlamlığı üçün əhəmiyyətindən danışdı və qeyd etdi ki, “Azərbaycan Respublikasının qanunlarına əsasən modifikasiya olunmuş ərzaq məhsullarının ölkəyə gətirilməsi ,onların rayonlaşdırılması və reysterdən keçirilməsi  qəti qadağandır. Buna baxmayaraq ölkənin bazarları və marketlərinin piştaxtaları modifikasiya olunmuş ərzaq məhsullarının müxtəlif çeşidləri ilə doludur”.

Tədbir iştirakçılarının böyük marağına səbəb olan mövzu ətrafında müzakirələr aparıldı və suallar cavablandırıldı. Iştirakçılar mövzunun aktuallığından və maarifləndirmənin vacibliyinindən danışdılar. Qəsəbə sakini R. Məmmədov modifikasiya olunmuş ərzaqlar haqda əhalinin az məlumatlı olduğunu bildirdi  və maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açdı. Ərazi nümayəndəsi Q. Qasımov donor və icaçı təşkilata minnətdarlığını bildirdi. Tədbirdə 25 məcburi köçkün iştirak etdi.

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir