“Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi layihəninn növbəti tədbirini keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi “Sağlam və təhlükəsiz qidanın  vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi” adlı layihənin 7-ci tədbirini keçirib.

2 sentiyabr tarixində Ağdam rayonu Bənövşələr qəsəbəsində   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin “Sağlam və təhlükəsiz qidanın  vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi” layihəsinin 7-ci tədbirini keçirib. Tədbiri giriş sözü ilə Ağdam İH başçısının Bənövşələr qəsəbə ərazi nümayəndəsi Sahib Məmmədov açıb və sözü “Tərəqqi” sosial İnkişaf İB-nin sədri T.Dadaşova verib.

T.Dadaşov tədbir iştirakçılarını salamlayıb. Layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin rəhbəri Elşən Dadaşov layihənin məqsədini açıqlayıb. Layihənin eksperti S.Feyziyeva səmərəli və keyfiyyətli təşkil olunmuş, təbii məhsullarla qidalanmanın insan sağlamlığı üçün əhəmiyyətindən danışdı və mövzu ilə bağlı mzakirə oldu. Bənövşələr qəsəbə ərazi nümayəndəsi Sahib Məmmədov, iştirakçılardan N.Nubar, M.Vəsilə ,H.Bəxtiyar,və digərləri müzakirələrdə fəal iştirak etdilər və mövzunun aktual olduğunu bildirdiriblər.

Sonra ərazi nümayəndəsi Sahib Məmmədov  layihəni onların ərazisində həyata keçirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və ”Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinə təşəkkür etdi. Qeyd edək ki, tədbirdə 39 məcburi köçkün iştirak edib.

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir