“İcbari tibbi sığortanın təbliği” adlı layihənin növbəti tədbiri keçirilib

“Yoluxucu xəstəliklərlə mübarizə”  İB Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ İcbari tibbi sığortanın təbliği”  adlı layihənin 7-cı tədbirini keçirib.

        “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icrasına başladığı  “İcbari tibbi sığortanın təbliği” layihəsi çərçivəsində özünün növbəti tədbiriini 3 setnyabr 2019-cu il tarixində  Ağdam rayonu Yüz evlər  qəsəbəsində  məcburi köşkünlər arasında keçirib.

        Tədbiri giriş sözü ilə  layihənin regional əlaqələndiricisi Şərqiyyə xanım Dadaşova açıb. O,tədbir iştirakçılarına layihəni həyata keçirən təşkilatın üzvlərini təqdim edib. Bundan sonra  layihə rəhbəri Fikrət Xəlilov danışıb. O, layihənin donoru və icraçı təşkilat haqqında giriş sözü söylədi və layihənin məzmunu barədə iştirakçılara bir qədər ətraflı məlumat verib. Nəhayət, danışmaq növbəsi layihənin eksperti S.Mirzəyevaya çatdı.S.Mirzəyeva icbari tibbi sığorta haqqında ətraflı danışdı və bunun vətəndaşların sağlamlığına,ölkəmizdə səhiyyə sisteminin təkmilləşməsinə,tibbi müayinə və müalicənin əlçatanlığına əhəmiyyətli dərəcədə təsiri olacağını qeyd etdikdən sonra, iştirakçıları maraqlndıran  suallar cavablandırılıb.

Tədbir zamanı iştirakçılara çay- kofe verilib.Onlara həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı və sözü gedən layihəyə hədiyyə etdiyi bukletlər paylanılıb. İştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinə layihənin onların ərazisində həyata keçirildiyinə görə təşəkkür ediblər. Qeyd edək ki, tədbirdə 25 nəfər iştirak edib.

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir