“Yoluxucu xəstəliklərlə mübarizə” İctimai Birliyi növbəti tədbirini keçirib

“Yoluxucu xəstəliklərlə mübarizə”  İB Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ İcbari tibbi sığortanın təbliği  adlı layihənin 6-cı tədbirini keçirib.

“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı  “İcbari tibbi sığortanın təbliği” layihəsi çərçivəsində təlimini 2 setnyabr 2019-cu il tarixində  Ağdam rayonu  Daş evlər qəsəbəsində məskunlaşmış məcburi köşkünlər arasında keçirib.

   Tədbiri giriş sözü ilə  layihənin regional əlaqələndiricisi Şərqiyyə xanım Dadaşova açıb. O,tədbir iştirakçılarına layihəni həyata keçirən təşkilatın üzvlərini təqdim etdikdən sonra sözü layihə rəhbəri Fikrət Xəlilova verib. F.Xəlilov layihənin donoru və icraçı təşkilat haqqında giriş sözü söylədikdən sonra sözü layihənin eksperti Solmaz xanım Mirzəyevaya  verib.

 S.Mirzəyeva əsas etibarı ilə icbari tibbi sığortaya aid olan qanundan danışdıqdan sonra, hər bir vətəndaşın sağlamlığına, tibb ocaqlarının inkişafına,tibb işçilərinin təkmilləşməsinə ,tibbi müayinə və müalicənin əlçatanlığına əhəmiyyətli dərəcədə təsiri olacağını qeyd edib. Bütü bunlardan sonra iştirakçıların  sualları cavablandırılıb.

 Sonda tədbir iştirakçılarına çay- kofe verilib. İştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinə layihənin onların ərazisində həyata keçirildiyinə görə təşəkkür ediblər. Qeyd edək ki, Tədbirdə 25 nəfər iştirak edib.

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir