“Azad Həmfikirlər” təlimlərə başlayacaq

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk dəfə səs verəcək gənclərin maarifləndirilməsi” adlı layihə çərçivəsində maarifləndirici təlimlərə başlayacaqdır. 

İlk dəfə səs verəcək gənclərin seçki prosesinə geniş cəlb olunması,  gənclər arasında seçki qanunvericiliyinin populyarlaşdırılması, seçki institutuna marağın artırılması, gənclərdə səmərəli vətəndaş  mövqeyinin yaranmasına və vətəndaş cəmiyyətinin hüquq sisteminin inkişafında fəal iştirak etməyi tövsiyə olunmasına kömək etmək üçün onlara seçkilərin əhəmiyyəti, seçkilərdə iştirakın formaları və vacibliyi barədə, seçki qanunvericiliyinin müddəalarının izah olunması ilə bağlı maarifləndirici seminar keçiriləcəkdir. Maarifləndirici təlimlər Göyçay, Şamaxı, İsmayıllı gəncləri arasında keçiriləcəkdir.

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir