Ça. Okt 15th, 2019

“Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi” növbəti maarifləndirmə tədbirini keçirib

“Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi” İctimai Bİrliyi tərəfindən Zaqatala rayonu “Gənclər Evində” növbəti maarifləndirmə tədbiri keçirilib.

Tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Balakən və Zaqatala rayonlarında yaşayan milli azlıqların mədəni irsinin təbliği” layihəsi çərçivəsində baş tutub.

Tədbirdə qeyd edilib ki, layihənin əsas məqsədi – Zaqatala rayonunda milli azlıqların sıx məskunlaşdığı Car, Muxax, Muğanli, Mosul, Uzuntala, Mazıx və digər kəndlərdə yaşayan ailələrlə görüşlər keçirərək, onların milli adət-ənənələri haqqında geniş məlumat verməkdən ibarət idi.

Daha sonra kənd sakinləri Axarov Nəcməddin, Xalid Mehrəliyev və digərləri belə layihələrin keçirilməsinin önəmliyini vurğuladılar.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir