Ça. Okt 15th, 2019

Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib

“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin icrasını davam etdirir.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Quba rayonunda baş tutub.
QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov bildirib ki, layihənin məqsədi sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərə bağlı maarifləndirilməsindən ibarətdir.
Səməd Vəkilov çıxışında qeyd edib ki, vergi islahatının həyata keçirilməsində əsas məqsəd sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, Vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
 Layihə rəhbəri qanunvericiliklə sahibkarlara verilən yeni güzəştlərlə bağlı ətraflı məlumat verib.
Daha sonda çıxış edən Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev bildirib ki, prezidentin rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində sahibkarlara bütün sahələrdə dəstək göstərilir. Bu dəstəyin bir forması da qanunvericilik ilə sahibkarlara əlavə güzəştlərin verilməsindən ibarədir.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir