Ça. Okt 15th, 2019

Zaqatala rayonunda milli azlıqların mədəni irsinin təbliği mövzusunda tədbir keçirilib

30-dan çox milli azlıq bu günə qədər Azərbaycanda eyni hüquqlu vətəndaş kimi yaşayırlar və özlərinəməxsuz adət-ənənələrini qoruyub saxlıyıblar. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəgi Şurası tərəfindən maliyyə dəstəyi ayrılmış “Balakən və Zaqatala rayonlarında yaşayan milli azlıqların mədəni irsinin təbliği” layihəni “Qlobollan Azərbaycan Sivil İnkişafı” İctimai Birliyi Zaqatala rayonunda 6-7 sentaybr 2019-cu il tarixdə növbəti görüşlərini həyata keçirmişdir. 
Zaqatala rayonunun milli azlıqların sıx yaşadığı Car, Muxax, Muğanlı, Mosul, Uzuntala, Yuxarı Çardaxlı, Yuxarı Tala, Mazıx və s kəndlərdə yaşayan milli azlıqların ailələrində Arıxov Camal, Axarov Nəcməddin, Xalid Mehraliyev və s ailələrdə görüşlər keçirilmişdir. Ağsaqqallar ilə keçirilən görüşlərdə  yaşatdıqları adət-ənənələri  haqqında geniş məlumat verdi, hazırki dövrdə yaddan cıxan lakin ağsaqqalların yaddaşlarında qalan ənənələr haqqında da geniş məlumat verdilər. Müxtəlif milli azlıqların nümayəndələrinin ailələrində keçirilən görüşlərdə eləcə də, Azərbaycan xalqı ilə birgə inteqrasiyada öz ənənələrini yaşatmalarını xüsusi qeyd etmiş, bu ənənələrin və milli xüsusiyyətlərinin yaşadılması üçün bərabərhüquqlu şəraitin yaradıldığını xüsusi qeyd etdilər.
Gənclər ilə keçrilən görüşdə bu ənənələr haqqında məlumat verilmiş, eləcə də, gənclərin yaddaşlarında qalan ənənələr müzakirə edildi, hazırda yaşadılan milli azlıqların adətləri qeyd edildi.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir