Ça. Okt 15th, 2019

“Məişət zorakılığına məruz qalan qadınların maarifləndirilməsi və hüquqi yardım göstərilməsi” layihəsinin ilk tədbiri Göyçay rayonunda keçirilib

“Azad Həmfikrlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığına məruz qalan qadınların maarifləndirilməsi və hüquqi yardım göstərilməsi” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində ilk marrifləndirmə tədbir Göyçay rayonu, Heydər Əliyev Mərkəzində baş tutub.
QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin direktoru Zemfira Əliyeva açaraq, keçirilən layihənin aktuallığı barəsində öz fikrlərini bildirib.
Daha sonra çıxış edən edən “Azad Həmfikrlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri və layihə rəhbəri Samirə Mustafayeva bildirib ki, layihənin məqsədi məişətdə zorakılığa məruz qalan qadınların  maarifləndirilməsindən və onlara hüquqi yardımın göstərilməsindən ibarətdir.
Məişət zorakılığnın hüquqi və sosial aspektləri üzrə ekspert Mətanət Əsgərova və Ruhiyyə Aslanova  mövzi bağlı fikirlərini bildiblər.
Tədbirin sonunda iştirakşıların sualları cavablandırılıb.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir