Ça. Okt 15th, 2019

“Qəhramanlar Unudulmur” devizi altında kecirilən mini futbol turnirinə start verildi

01.10.2019-cu il tarixdə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü”Maarifləndirmə İctimai Birliyi “Aprel Şəhidlərimizi Tanıyaq və Tanıdaq”layihəsinin icrası cərcivəsində Qazax Olimpiya İdman Kompleksində Aprel 2016-cı il döyüşlərində Şəhid olmuş Orucov Mühid Qurban oğlu,Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş mini futbol üzrə turnirə start vermişdir.

Turnirdə 11 komanda qeydiyyatdan kecmişdir.
1.Şəhər №4
2.Aşağı Salahlı
3.Şəhər №1
4.Qazaxbəyli
5.Şəhər №5
6.Yuxarı Salahlı
7.Daş salahlı
8.Orta salahlı
9.Şəhər №4
10.Məktəb-licey
11.Aslanbəyli
Turnirin ilk günündə 1 mərhələdə 6 komanda güclərini sınamışdırlar.Gərgin idman mübarizəsi şəklində kecən görüşlərin nəticəsi aşağıda kı kimi olmuşdur:
1) Şəhər №1 – Aşağı Salahlı 0-2
2) Şəhər №5 – Yuxarı Salahlı 2-0
3) Orta salahlı – Şəhər №2 1-2
Aşağı Salahlı, Şəhər №5 və Şəhər №2 komandaları qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışdırlar.
02.10.2019-cu il tarixdə saat 10:00-da 2 mərhələ oyunları keciriləcəkdir.

 

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir