Ça. Okt 15th, 2019

“Qəhramanlar Unudulmur” devizi altında keçirilən mini futbol turniri davam edir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü”Maarifləndirmə İctimai Birliyi “Aprel Şəhidlərimizi Tanıyaq və Tanıdaq”layihəsinin icrası cərcivəsində Qazax Olimpiya İdman Kompleksində Aprel 2016-cı il döyüşlərində Şəhid olmuş Orucov Mühid Qurban oğlu,Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş mini futbol üzrə turnir davam edir.

03.10.2019-cu il tarixdə turnirin ücüncü günündə yarımfinal oyununda 4 komanda güclərini sınamışdırlar.Gərgin idman mübarizəsi şəklində kecən görüşlərin nəticəsi aşağıda kı kimi olmuşdur:

1) Qazaxbəyli – Aşağı Salahlı 0-0 (pen 0-3)
2) Şəhər №2 – Aslanbəyli 2-0

04.10.2019-cu il tarixdə final oyunları keciriləcəkdir.Saat 10:30-da Qazaxbəyli və Aslanbəyli 3-4 yer uğrunda mübarizə aparacaqlar.Turnirin acılışı və 1-2 yerlər uğrunda oyunlar saat 11:00-da başlayacaq və Aşağı Salahlı ilə Şəhər№2 komandaları qarşı qarşıya gələcəklər.

 

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir