Ça. Okt 15th, 2019

“Qəhramanlar Unudulmur” devizi altında keçirilən mini futbol turniri başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü”Maarifləndirmə İctimai Birliyi “Aprel Şəhidlərimizi Tanıyaq və Tanıdaq”layihəsinin icrası çərçivəsində Qazax Olimpiya İdman Kompleksində Aprel 2016-cı il döyüşlərində Şəhid olmuş Orucov Mühid Qurban oğlu, Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş mini futbol üzrə turniri keçirilib.

04.10.2019-cu il tarixdə turnirin açılışı və final görüşləri keçirilib. İlk öncə Azərbaycan Respublikasının suverenliyi və Qarabağ müharibəsində şəhid olmuş bütün qəhramanların xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Daha sonra çıxış edən layihənin rəhbəri, Əməkdar məşqçi Azər Əliyev turnir və donor haqda ətraflı məlumat verərək final iştirakçılarına uğurlar arzulayıb.

Qarabağ müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri ictamai birliyinin Qazax rayon üzrə müavini, qazimiz Alıyev Namiq çıxış edərək şəhidlərimizin şərəfli yolu haqda danışıb və vətənpərvər çıxışlar edərək gənclərə uğurlar arzulayıb.

Qazax rayon Təhsil şöbəsinin əməkdaşları Əliyev Orxan, Məmmədov Məmməd və Canallı kənd məktəbinin direktoru Pərviz Alməmmədov çıxış edərək bu turnirin gənclərin asudə vaxtların səmərəli keçirilməsində önəmi haqda danışdılar və turnir iştirakçılarına uğurlar arzuladılar.

Qazax Gənclərin İnkişaf və Karyera mərkəzinin inzibati işlər üzrə koordinatoru İsayev Abdulla layihənin gənclər ücün böyük önəmi haqda danışmışdı.
Şəhid Mühid Orucovun Qardaşı Elbəy Orucov, Elvin Namazovun atası Məmməd Namazov, Orxan Əliyevin atası Məhəmməd Əliyev çıxış edərək turnirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirib, gənclərə uğurlar arzulayıblar.

Çıxışlardan sonra final görüşünə start verilib. Gərgin idman mübarizəsi şəklində keçən görüş nəticəsi Şəhər №2 komandası Aşağı Salahlı komandasına 2-0 hesabı ilə qalib gələrək turnirin qalibi gəliblər. .Yekun nəticələr aşağıdakı kimi olmuşdur:

I yer – Şəhər №2
II yer – Aşağı Salahlı
III yer – Qazaxbəyli

Qalib komandaların üzvləri diplom və medalllarla mükafatlandırılıblar.

 

 

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir