Ça. Okt 15th, 2019

“Plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində təbliğat tədbirlərinin təşkili” layihəsinin yekun tədbiri keçirilib

“Kür-Xəzər”  Xeyriyyə İctimai Birliyi “Plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində təbliğat tədbirlərinin təşkili” layihəsinin yekun tədbirini keçirib.
Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi il ə həyata keçirilən layihə 5 ay müddətində icra olunub.
Tədbiri giriş nitqi ilə açan  İctimai Birliyin sədri Akif Kərimov bildirib ki,  həyata keçirilən layihə həssas sosial qrup nümayəndələrinin (əlillərin, müharibə veteranların və şəhid ailələrinin üzvlərinin)   dərzilik  peşəsinə yiyələnməklə (kurslar  cəlb etməklə) plastik torbalardan istifadənin məhdudlaşdırılması və parça torbalardan istifadə istiqamətində təbliğat işinə cəlb olunmasını əhatə edib.
Layihə çərçivəsində həssas qruplardan olan 30 nəfərin  dərzilik kurslarına cəlb olunduğunu bildirən Akif Kərimov qeyd edib ki, qrup halında baş tutan təlimlər 3 ay müddətində keçirilib. Layihənin sonunda  kurs nümayəndələri  tərəfindən 1000 ədəd parça torba  hazırlanıb.
Akif Kərimov bildirib ki, layihənin ikinci mərhələsində  təbliğat məqsədilə parça torbaların səyyar təqdimatları keçirilib. Bu təqdimatlar Beta Tea Azerbaycan müəssisəsində, Türkiyənin Azərbaycandakı səfirliyində, Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF), SƏS informasiya agentliyində,  “Yeni Azərbaycan” qəzetinin redaksiyasında, Milli QHT forumunda və digər qurumlarda keçirilib və həmin müəssisələrə layihə çərçivəsində hazırlanan parça torbalar təqdim edilib.
Tədbirdə çıxış edən QHT nümayəndələri və ziyalılar əhalisinin sağlamlığının qorunması məqsədi ilə bu kimi təbliğat işlərinin vacibliyini qeyd ediblər.
Sonra dərzilik kursunda qatılan şəxslər yaradılan imkana görə, uyğun qurumlara təşəkkürünü bildiriblər.
Tədbirin sonunda təlimləri bitirən istilaçılara sertifikatlar təqdim olunub.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir