“İlk dəfə səs verəcək gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində Şamaxı rayon gəncləri ilə görüş keçirilib

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk dəfə səs verəcək gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində bu dəfə Şamaxı rayon gəncləri ilə görüşmüşlər.
Uşaq və Gənclər Regional Mərkəzində gənclərə maarifləndirici təlim keçirilmişdir. Tədbirdə Şamaxı rayon icra hakimiyyətinin məsul işçisi də iştirak etmişdir. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva qarşıdan gələn seçkilərin keçirilməsi ilə bağlı layihənin aktuallığından danışmışdır.
Sonra layıhənin təlimçi-ekspertləri Mətanət Əsgərova və Ruhiyyə Aslanova gənclərə  İlk dəfə səs verən gənclərin seçki prosesinə geniş cəlb olunmasından danışmış, qarşıdan gələn seçkilərdə gənclərə seçki prosesində fəal iştirak etməyi tövsiyə olunmasına kömək etmək üçün onlara seçkilərin əhəmiyyəti, seçkilərdə iştirakın formaları və vacibliyi barədə maarifləndirici təlim-seminar keçirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir