İsmayıllıda “ilk dəfə səs verən gənclərin maasrifləndirilməsi” adlı tədbir keçirilib

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk dəfə səs verən gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində İsmayıllı rayon Humanitar və Texnologiya kollecində ilk dəfə səs verən rayon gəncləri ilə görüşüb.

Kollecdə gənclərə maarifləndirici təlim keçirilib. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin məsul işçisi Namik Kərimov çıxış edərək, tədbirin əhəmiyyətindən danışmışıb. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva qarşıdan gələn seçkilərin keçirilməsi ilə bağlı layihənin aktuallığından danışıb.

Layıhənin təlimçi-ekspertləri Mətanət Əsgərova və Ruhiyyə Aslanova gənclərə İlk dəfə səs verən gənclərin seçki prosesinə geniş cəlb olunmasından danışaraq, qarşıdan gələn seçkilərdə gənclərə seçki prosesində fəal iştirak etməyi tövsiyə olunmasına kömək etmək üçün onlara seçkilərin əhəmiyyəti, seçkilərdə iştirakın formaları və vacibliyi barədə maarifləndirici təlim-seminar keçirilib. Sonda Kollecin rəhbər işçiləri bu kimi vacib məsələlərin keçirilməsini alqışlamış və belə maarifləndirici layihələrin bölgələrdə keçirilməyini dəstəkləmişlər.

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir