“Məişət zorakılığına məruz qalan qadınların maarifləndirilməsi və hüquqi yardım göstərilməsi” adlı tədbir keçirilib

İsmayıllı rayonunda  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin həyata keçirdiyi “Məişət zorakılığına məruz qalan qadınların maarifləndirilməsi və hüquqi yardım göstərilməsi” adlı tədbir keçirilmişdir.

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva bildirib ki, layihənin məqsədi məişət zirakılığına məruz qalan qadınların maarifləndirilməsi və onlara hüquqi yardımin göstərilməsindən ibarət olmuşdur.  Məişət zorakılığının hüquqi və sosial aspektləri üzrə ekspertlər Mətanət Əsgərova və Ruhiyyə Aslanova mövzu ilə bağlı maarifləndirici məlumatlar vermişlər. Tədbirdə qadınların suallrı cavablandırılmışdır.Kameradan kənar zorakılığa məruz qalmış qadınlara hüquqi yardım göstərilmişdir.

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir