İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş növbəti tədbir Dilqəm Nəbiyev adına 178 saylı tam orta məktəbində keçirildi

VMGİB Mətbuat Xidmətindən daxil olan xəbərdə deyilir ki, Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin növbəti tədbirini Dilqəm Nəbiyev adına 178 saylı tam orta məktəbində keçirmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Laləndar Hasilova layihəni həyata keçirən Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinə (VMGİB), onun rəhbəri Dəyanət Həsənova, layihə rəhbəri Nəsimi Qarabağlıya və tədbirdə qonaq qismində iştirak edən QHT rəhbərlərinə, Vətəndaş Cəmiyyəti nümayəndəlirinə və KİV-nin nümayəndələrinı öz dərin minnətdarlığını bildirdi. Daha sonra sözü VMGİB-in prezidenti Dəyanət Həsənova vermişdir. VMGİB-in rəhbəri öz növbəsində xüsusi olaraq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihənin dəstəkləndiyi üçün Şuraya, məktəbin müdiri Laləndar Hasilovaya, müəllim və şagird kollektivinə layihənin həyata keçirilməsinə şərait yaratdıqları üçün birlik adından təşəkkürünü bildirdi. Dəyanət Həsənov Təhsil Nazirliyinə və Bakı şəhər Təhsil idarəsinədə hər zaman layihələrin məktəblərdə həyata keçirlməsinə müsbət rəy bildirdiklərinə görədə xüsusi təşəkkürünü bildirdi.

Nəsimi ili haqda danışarkən, D.Həsənov bildirdi ki, Nəsimi qəzəl və şerləri hər zaman öz fəlsəfi anlamıyla ədəbiyyatşunasların elmi araşdırmalarına səbəb olmuşdur. Onun Azərbaycan ədəbi mühitinə verdiyi töhvələr misilsizdir.

Nəsimi Azərbaycan xalqının milli sərvətidir!!!

VMGİB rəhbəri daha sonra layihə haqda geniş məlumat vermək məqsədilə sözü VMGİB-nin təsisçisi və layihə rəhbəri Nəsimi Qarabağlıya vermişdir. N.Qarabağlı

layihə haqda şagirdlərə ətrafll bilgi verərək bildirmişdir ki, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin anadan olmasının 650 illiyi tamam olması münasibətilə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib. Elə bu səbəbdən dövlət və qeyri dövlət qurumlarında, “Nəsimi ili” nə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. VMGİB-də bundan çıxış edərək, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına “Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini təqdim etmiş və layihə Şura tərəfindən dəstəklənmişdir. Layihə rəhbəri bildirmişdir ki, layihənin məqsədi siz şagirdlərlə birgə Nəsimi şeriyyatına, qəzəllərinə və onun həyat və yaradıcılığına daha yaxın olaraq onun bədii və fəlsəfi fikirlərindən, ömrünün sonuna qədər heç bir tərəddüd etmədən “Ən əl-həq” deyənlərin yolu ilə gedərək əqidəsindən dönməməsindən və onun Azərbaycan ədəbiyyatına qoyub getdiyi zəngin ədəbi şer-qəzəl dünyasından tanış olmaqdır. Heçdə təsadüfi deyilki, Nəsimi adının mənası mərdlik və yenilməzlik simvolu kimi yaşamaqdadır.

Layihəylə bağlı fikir bildirmək üçün N.Qarabağlı Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) Qadınlar Şurasının sədri Ülviyyə Cümazadəyə çıxış üçün söz verdi. Ülviyyə xanımda öz növbələrində dəvət üçün VMGİB rəhbərinə və layihə rəhbərinə öz minnətdarlığını bildirərək Nəsimi həyat və yaradıcılığıyla bağlı öz fikirlərini bildirdi.

Daha sonra, təşkilat tərəfindən şagirdlərin birgə hazırladıqları Nəsimi yaradıcılığına və həyatına həsr edilmiş yazılar, video görüntülər, şagirdlərin Nəsimi filmindən, şer və qəzəllərindən ibarət hazırladıqları səhnəciklər, onların ifasında Nəsimi qəzəlləri “Məndə sığar iki cahan” “Hardasan”, “Ağrımaz” “Yanaram” “Sığmazam” və sairləri səsləndirilmişdir.

9-cu sinif şagirdi Abdurəhmanova Mənzurənin ifasında Nəsimi qəzəllərindən ibarət muğam tədbirə dahada ovqat qatdı.

Nəsimi yaradıcılığı ilə bağlı, layihə boyunca qarşılıqlı diskusiyalar aparılmışdır.

Şagirdlər arasında ən fəalları Abdurəhmanova Mənzurə, Zeynalova Lamiyə, Eyubov Kamran, Musayev Şamil, Abbaszadə Yasin, Əhmədova Fatimə və Malıyeva Türkan VMGİB-in Fəxri Fərmanı ilə təltif edildilər.

Layihə çərçivəsində hazırlanmış bukletlər, qələmlər və qeyd kitabçaları şagirdlərə paylanmışdır.

Dəvət olunan digər QHT lər, “Dünya Azərbaycanlılarınln Vətənpərvərləri” İctimai Birliyinin, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin, “Çanaqqala” elmi-humanitar İctimai Birliyinin, “Ədib” İctimai Birliyinin və media nümayəndələrinində iştirak etdikləri layihə öz işguzarlığıyla yadda qaldı.

Çay süfrəsi arxasında Dilqəm Nəbiyev adına 178 saylı tam orta məktəbdə diskusiya şəklində davam etdirilən layihə, sonda şagirdlərlə birgə xatirə şəkilləri çəkdirilərək yekunlaşdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir