Gənc Mühasiblər layihə çərçivəsində növbəti təlim keçirib

Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi” layihəsini davam etdirir.
QHT.az xəbər verir ki, sentyabrın 11-də  layihə çərçivəsində Quba rayonunda fəaliyyət göstərən fermerlər və kənd təsərrüfatı korporativləri nümayəndələrinin iştirakı ilə ikinci təlimi keçirilib.
Onlayn tədbiri Gənc Mühasiblər İctimai Birliyinin layihə koordinatoru Solmaz İsmayılova açaraq, layihə və təşkilat haqqında geniş məlumat verib. Solmaz xanım eyni zamanda təlimlərə dəstək  göstərdiyi üçün Quba Rayon İcra Hakimiyyətinə, Quba Fermer Evinə, Quba Dövlət Aqrar İnkişaf Mərkəzinə və Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzinə təşəkkürünü bildirb.
Təlimdə Azərbaycan Fermerlər Assosiasiyasının (AFA)  sədri Pərviz İlyasov çıxış edərək kənd təsərrüfatı sahəsində olan yeniliklər, bu sahəyə olan dövlət dəstəyi, subsidiyalar və buna bənzər mövzular haqqında geniş məlumat verərək, iştirakçılar tərəfindən ünvanlanan suallara cavab vermişdir.
Təlimçi İsa Şəfiyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi islahatlar, kənd təsərrüfatı ilə əlaqədar olaraq informasiya əldə etmək üçün verilənlər bazasının formalaşdırılması, EKTİS-dən qeydiyyatdan keçmə, subsidiyaların verilməsi və s. aktual mövzularda məlumat verərək, kənd təsərüffatı korporativi nümayəndələrinə məlumat vermişdir.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir