“Gənc Mühasiblər” İctimai Birliyinin təşkilatçılığı ilə növbəti təlimi baş tutub

“Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəkar Mühasib” layihəsinin Gəncə və Xaçmazdan olan iştirakçılarlar növbəti təlimi baş tutmuşdur.  
16.10.2020-ci il tarixində baş tutan və mövzusu “Uzunmüddətli aktivlərin uçotu” olan təlimə Gəncədən 20, Xaçmazdan 5 nəfər iştirakçı qatılmışdır. Təlimçi İsa Şəfiyev təlimin yekununda iştirakçıların suallarını cavablandırmışdır. Təlim interaktiv şəkildə həyata keçirilmişdir.
“Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Gənclər Fonduna öz dərin təşəkkürünü bildirmişdir.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir