“Gənc Mühasiblər” “Regionlarda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi” layihəsinə yekun vurub

“Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi, əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulması və bu sahədə şəffaflığın təmin edilməsi olan “Regionlarda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi” layihəsi uğurlu şəkildə yekunlaşmışdır.
Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətə uyğun olaraq, kənd təsərrüfatının inkişafı prioritet vəzifə kimi müəyyən edilib və son illər bu sahəyə böyük investisiyalar qoyulub. Beləki, nəzərdə tutulmuş layihə çərçivəsində ölkədə kənd təsərrüfatı fəaliyyətinin geniş yayıldığı, lakin zəif inkişaf etdiyi Xaçmaz, Quba və Şamaxı rayonlarında onlayn maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
 Təlimlər çərçivəsində maarifləndirici video çarx hazırlanmışdır. Bu video çarx vasitəsilə fermerlər praktiki şəkildə vergi orqanından qeydiyyatdan keçməyi öyrənəcək, öz fəaliyyətləri haqqında doğru və dürüst məlumatı dövlət orqanları ilə paylaşmağa, uçotun şəffaflaşdırılmasına təşviq olunacaqlar.

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir