Layihə çərçivəsində növbəti təlim keçirilib

“Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəkar Mühasib” layihəsi çərivəsində təlimlər davam edir.
“Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəkar Mühasib” layihəsinin Bakıdan olan iştirakçılarla ikinci təlimi 29 Noyabr tarixində baş tutmuşdur.
“Gənc Mühasiblər” İctimai Birliyinin nümayəndəsi Solmaz iştirakçıları salamlamış və maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Gənclər Fonduna öz dərin təşəkkürünü bildirmişdir.
Mövzusu “Maliyyə hesabatları” olan təlimdə 38 nəfər iştirak etmişdir. Təlimlər, audit üzrə aparıcı mütəxəssis təlimçi Mirşahin Ağayev tərəfindən interaktiv bir şəkildə həyata keçirilmişdir.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir