Layihə çərçivəsində növbəti təlim keçirilib

“Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəkar Mühasib” layihəsi çərivəsində təlimlər davam edir.
“Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəkar Mühasib” layihəsinin Bakıdan olan iştirakçılarla beşinci təlimi 02 Dekabr tarixində baş tutmuşdur.
“Gənc Mühasiblər” İctimai Birliyinin nümayəndəsi Solmaz İsmayılova iştirakçıları salamlamış və maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Gənclər Fonduna öz dərin təşəkkürünü bildirmişdir.
Mövzusu “Uçotda əmək məcəlləsinin yeri” olan təlim, audit üzrə aparıcı mütəxəssis təlimçi Mirşahin Ağayev tərəfindən interaktiv bir şəkildə həyata keçirilmişdir.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir