“Peşəkar Mühasib” layihəsi çərçivəsində təlimlər yekunlaşıb

“Gənc Mühasiblər” İctimai Birliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəkar Mühasib” layihəsi çərçivəsində təlimlər uğurlu şəkildə yekunlaşmışdır.
Məqsədi, ölkənin peşəkar kadr ehtiyatının gücləndirilməsinə dəstək, bu sahədə təhsil alan və fəaliyyət göstərən gənc mühasiblərin bir araya toplanıb elmi və şəxsi inkişafları ilə bağlı təlim kurslarına cəlb olunması, gənc mühasiblərin işlə təmin olunması və peşəkar mühasib imtahanına hazırlıq olan layihə, Bakı, Gəncə və Xaçmazdan olan 65 nəfərin iştirakı ilə həyata keçirilmişdir. Təlimlər, ADAU-nun müəllimi İsa Şəfiyev və audit üzrə aparıcı mütəxəssis Mirşahin Ağayev tərəfindən interaktiv bir şəkildə həyata keçirilmişdir.
Eyni zamanda ölkədə kadr ehtiyyatına dəstək olaraq layihə çərçivəsində yaradılmış saytda, mühasiblər öz CV-lərini sayta yerləşdirərək layihəyə cəlb olunan şirkətlərin elan etdikləri vakansiyalara müraciət edə biləcək və beləliklə onların məşğulluğu təmin ediləcəkdir. Layihə çərçivəsində hazırlanmış maarfiləndirici video çarx KİV-də yayımlanacaqdır.
“Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva layihənin bağlanışını edərək layihə haqqında yenidən geniş məlumat vermiş və maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Gənclər Fonduna öz dərin təşəkkürünü bildirmişdir. Eyni zamanda layihə çərçivəsində Azərbaycan Gənclər Fondunun fəaliyyəti ilə əlaqəli geniş məlumat verilmişdir.
Təlimlərin yekununda iştirakçıların hər biri layihə haqqında xoş təəssüratlarını bildirərək yaradılmış fürsət üçün Azərbaycan Respublikasının Gənclər Fonduna və “Gənc Mühasiblər” İctimai Birliyinə öz dərin təşəkkürlərini bildirmişdirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir